...

85 yaşlı universitet (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2015 18:33 (UTC +04:00)
Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 85 illik yubileyinə həsr edilən tədbir keçirilib.
85 yaşlı universitet (FOTO)

Bakı. Trend:

Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 85 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Trend-in məlumatına görə, tdbir iştirakçıları öncə UNEC-in tələbə və əməkdaşlarının əl işlərindən ibarət rəsm, karikatura və kitab sərgisi ilə tanış olublar. Yubiley tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin 2012-ci ildə universitetə gəlişi zamanı "Fəxr edirəm ki, bizim ali təhsilimiz var" fikri ilə çıxışına başlayan UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, universitetin 85 illik şərəfli yolunda iqtisad elminə mühüm töhfələr verən və xidmətlər göstərən qocaman professorlarımızın böyük əməyi var. Müəllim potensialının artırılmasının universitetin strateji hədəfi olduğunu deyən rektor, bu potensialın təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb. Rektor, həmçinin son iki ildə universitetdə əmək haqqının 3 mərhələdə artırılması və hazırda pedaqoji heyətin orta əməkhaqqı göstəricisinin ali təhsil müəssisələri arasında ən yüksək olduğunu söyləyib. Qeyd edib ki, əməkhaqqı artımı son hədd deyil, əməkdaşların maaşlarının da artırılması istiqamətində işlər gedir.

Universitetdə görülən işlərdən danışan rektor bildirib ki, UNEC müəllimlərinin ekspert qismində də fəaliyyət göstərməsinə təkan vermək üçün "UNEC ekspert" jurnalı təsis edilib. Növbəti ilin birinci rübündə jurnal işıq üzü görəcək.

"Ölkə Prezidenti İlham Əliyevin qarşımıza qoyduğu vəzifəni - Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli universitetə çevrilməsini icra etmək üçün bütün gücümüzü səfərbər edəcəyik", - deyən rektor əlavə edib ki, UNEC-in 90 illik yubileyində "QS" reytinqində Top-1000 universitetlər sırasına yüksəlməyə çalışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti