...

"BakuBus" avtobuslarını izləmək sərnişinlər üçün daha asan oldu

Cəmiyyət Materials 29 Dekabr 2015 15:57 (UTC +04:00)
"BakuBus" MMC-nin Bakıdakı inzibati ofisində şirkətin saytının təqdimatı keçirilib.
"BakuBus" avtobuslarını izləmək sərnişinlər üçün daha asan oldu

Bakı. Ənvər Məmmədov - Trend:

"BakuBus" MMC-nin Bakıdakı inzibati ofisində şirkətin saytının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə deyib ki, sayt veb-resurslar barədə klassik təsəvvürdən tam fərqlənir.

Onun sözlərinə görə, saytın əsas sahəsi Bakının xəritəsidir: "Xəritədə hər bir avtobusun yerləşməsi, onun marşrutu, növbəti dayanacağı, nəqliyyat vasitəsinin sürücüsü barədə informasiya real vaxt rejimində əks olunur".

N.Allahyarova qeyd edib ki, saytın sayəsində sərnişinlər "BakuBus" avtobuslarında şəhərin bir nöqtəsindən digər nöqtəsinə necə gedə biləcəklərini öyrənə, sürücülər tərəfindən pozuntular və ya itirilmiş əşyalar barədə vaxtında məlumat verə biləcəklər: "Sərnişinlər saytda şirkətimiz barədə də məlumat tapa, iş axtaranlar isə vakansiyalarımızla tanış ola biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti