...

Təhsil Nazirliyində struktur dəyişiklikləri olub

Cəmiyyət Materials 11 Yanvar 2016 17:07 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin bazasında Maliyyə və Audit şöbələri yaradılıb.
Təhsil Nazirliyində struktur dəyişiklikləri olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin bazasında Maliyyə və Audit şöbələri yaradılıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, nazirliyin İlk peşə və orta ixtisas şöbəsi ləğv edilərək, İlk peşə-ixtisas təhsili sektoru yaradılıb. İnsan resursları şöbəsinin Əlavə təhsil sektorunun adı dəyişdirilərək Dövlət qulluğu məsələləri sektoru, Məktəbəqədər və ümumi təhsil şöbəsi isə Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsi adlandırılıb.

Elm və ali təhsil şöbəsinin adı dəyişdirilərək, Elm, ali və orta ixtisas təhsil şöbəsi olub. Şöbənin Tələbələrə dəstək və mübadilə proqramları və Ali təhsil sektorlarının bazasında Ali, orta ixtisas və əlavə təhsil sektoru yaradılıb.

Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin adı dəyişdirilərək Hüquq şöbəsi, həmin şöbənin Lisenziyalaşdırma və akkreditasiya sektoru Normativ-hüquqi təminat sektoru adlandırılıb.

Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektoru isə İctimaiyyətlə əlaqələr sektoru adlandırılıb. Həmçinin Protokol sektoru Beynəlxalq əməkdaşlıq şöbəsinin tərkibinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti