...

Türkmənistan sahillərində meyiti tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirildi

Cəmiyyət Materials 11 Yanvar 2016 17:47 (UTC +04:00)
Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib.
Türkmənistan sahillərində meyiti tapılmış neftçinin şəxsiyyəti müəyyənləşdirildi

Bakı. Trend:

Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus "Cabbar Həşimov" gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Caspian Rovşan" gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətində aparılıb.

Məlum olub ki, meyit "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti