...

Rayon məktəblərində direktor olmaq istəyənlər üçün yeni müsabiqə elan ediləcək

Cəmiyyət Materials 12 Yanvar 2016 12:30 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanın Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarındakı orta məktəblərə direktorların yeni qaydalarla təyin edilməsi ilə bağlı müsabiqənin başlanılacağı gözlənilir.
Rayon məktəblərində direktor olmaq istəyənlər üçün yeni müsabiqə elan ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın vaxtlarda Azərbaycanın Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarındakı orta məktəblərə direktorların yeni qaydalarla təyin edilməsi ilə bağlı müsabiqənin başlanılacağı gözlənilir.

Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev bildirib.

Artıq bir ildən də çox müddət ərzində Bakıda direktorların yeni qaydalarla işə qəbul olunduğunu xatırladan şöbə müdiri qeyd edib ki, indiyədək rayonlarda direktorluğa təyinat üçün rayon təhsil şöbələri təqdimat verirdi: "Amma indi meyarlara uyğun gələn istənilən şəxs müsabiqədə iştirak üçün sənəd verə bilər. Namizəd musabiqədən uğurla keçərsə, onun təyinatına artıq nazirlik baxacaq".

İ.Nağıyev əlavə edib ki, müsabiqə elan olunduqdan sonra namizədlər sənəd verəcək, müvafiq test imtahanı və müsahibədən keçəcəklər: Müsabiqədən uğurla keçən namizədlər təlim kursuna cəlb ediləcək. Namizəd bir sıra istiqamətlər üzrə nəzərdə tutulan müddətdə biliklərini təkmilləşdirdikdən sonra ona "Uğur sertifikatı" verilir. Direktorluğa təyin edilməsi zamanı namizədin "Uğur" sertifikatı"nın olması əsas götürülür. Amma bu, hələ o demək deyil ki, sertifikatı olan namizəd mütləq direktor olmalıdır. Çünki bir yerə bir necə namizəd ola bilər və nazirlik onlardan birini seçir".

Vakant direktor yerlərinin TN tərəfindən toplanıldığını deyən İ.Nağıyev bildirib ki, müsabiqə keçirildikdən sonra bu vakant yerlərə namizədlərdən hansının uyğun gəlib-gəlməməsi məsələsinə baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti