...

Bakı metrosunda yeni stansiya istiqamətində qazma işləri başlayacaq (FOTO)

Cəmiyyət Materials 14 Yanvar 2016 15:20 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Metropolitenində "Bənövşəyi" xəttin şərti olaraq "B-5" adlanan stansiyası istiqamətində qazma işlərinə başlanacaq.

Trend-in "Bakı Metropoliteni" QSC-nin saytına istinadən verdiyi məlumata görə, indiyə kimi 4630 m yol qət edən "Herrenknecht" qazma kompleksi bu gün xəttin şərti olaraq "B-4" adlanan stansiyasına daxil olub. Qazma qurğusu həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb.

Bu gün qazma kompleksi "B-4" stansiyasında quraşdırılmış start kamerasında qarşılanıb. İlk dəfə idi ki, kompleksin işini kənardan müşahidə etmək mümkün olub. Beləliklə, kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.

"B-5" istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək.

Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra "Herrenknecht" yolunu növbəti stansiyaya, yəni "B-5" stansiyasına doğru davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti