Bakı. Samir Əli - Trend:
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 66 nəfər tapılıb istintaqa cəlb edilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.
X.Zeynalov bildirib ki, təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 136 yoxlama keçirilib, nəticədə 2191 qanun pozuntusu aşkar edilib.
Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 202 təqdimat göndərilib, 227 nəfərə xəbərdarlıq edilib, 44 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 15 qanunsuz qərar ləğv olunub.