...

Meyiti tapılmış neftçinin kimliyi müəyyən olundu

Cəmiyyət Materials 3 Fevral 2016 15:09 (UTC +04:00)
Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
Meyiti tapılmış neftçinin kimliyi müəyyən olundu

Bakı. Trend:

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd "Neftqaztikinti" Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti