Səlim Müslümov: Əhalinin etibarlı sosial müdafiəsinin təminatı Prezident İlham Əliyevin diqqət mərkəzindədir (FOTO)

Səlim Müslümov: Əhalinin etibarlı sosial müdafiəsinin təminatı Prezident İlham Əliyevin diqqət mərkəzindədir (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə nazir S.Müslümov ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizin uzunmüddətli sosial-iqtisadi tərəqqisinin stimullaşdırılması üçün güclü əsasların formalaşdığını vurğulayıb: "Son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə olunduğu, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın qoyulduğu respublikada özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib. Qeyri-neft sektorunun çəkisi ümumdaxili məhsulda 70 faizə çatdırılıb və artıq son illərdə ölkədə iqtisadi artımı əsasən bu sektorun inkişafı təmin edir. Bu güclü əsaslar qlobal iqtisadi böhranın dərinləşdiyi, dünya bazarında neftin qiymətinin dəfələrlə düşdüyü, regionda geosiyasi və iqtisadi təzyiqlərin artdığı bir vəziyyətdə də Azərbaycanda iqtisadi və sosial inkişafın davam etməsinə imkan yaradıb. Azərbaycanın ötən ilə dair bütün makroiqtisadi göstəricilərinin müsbət olması bunun real təsdiqidir".

Bu pozitiv proseslərin dövlətin güclü sosial siyasəti ilə müşahidə olunduğunu vurğulayan nazir qeyd olunan dövrdə əhalinin gəlirlərinin 7 dəfə, adambaşına gəlirlərin 6 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfədən çox artdığını, 70 mindən çox müəssisə və 1,5 milyon iş yeri açılmaqla əmək bazarında sabitliyin əldə edildiyini, rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində əldə olunan digər uğurları diqqətə çatdırıb.

S.Müslümov qeyd edib ki, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib. BMT İnkişaf Proqramının ötən il təqdim etdiyi "İnsan inkişafı naminə əmək" adlı məruzəsində də həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı və s. sahələrdə ölkəmizin müsbət təcrübəsi əsas götürülərək, Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələrdən biri kimi qeyd olunub.

Nazir bildirib ki, bu gün ölkə əhalisinin 23 faizi pensiya, sosial müavinət və Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunur: "Ötən il də bütün sosial proqramlar uğurla davam etdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dövrdə 112663 aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı, 463 min nəfərədək şəxs aylıq və birdəfəlik sosial müavinətlə, 54,6 min nəfərdən çox insan Azərbaycan Prezidentinin aylıq təqaüdü, 15 min nəfər səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edilib. Həmçinin keçən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə "Naz-LİFAN" markalı minik avtomobili, 281 müharibə əlilli və şəhid ailəsinə mənzil verilib. Gözdən əlil şəxslərə 132 mənzilli, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim edilib".

S.Müslümov eyni zamanda nazirliyin xətti ilə 13,5 mindən çox şəxsə bərpa müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, 265 nəfərin xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərildiyini, 13,6 min nəfərdən çox əlilliyi olan şəxsin və şəhid ailəsinin birdəfəlik maddi yardımla, 5,2 min nəfərə yaxın əlilliyi olan şəxsin sanator-müalicə müəssisələrinə və sağlamlıq-istirahət mərkəzlərinə yollayışlarla təmin olunduğunu bildirib: "Sosial təminat sisteminin əhatə dairəsi də getdikcə genişlənib və son illərdə beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə də Prezidentin aylıq təqaüdünün təyin olunaraq ödənilməsi həyata keçirilir".

S.Müslümov mövcud iqtisadi şəraitdə də əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla əmək haqlarının, dövlət tərəfdən sosial cəhətdən həssas qruplara yönələn sosial ödənişlərin artırıldığını qeyd edib: "Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin müəyyən qədər artdığı nəzərə alınaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 25 yanvar 2016-cı il tarixli Sərəncam imzalanıb ki, bununla da ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrılıb".

Nazir həmçinin işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində tədbirlərin gücləndirildiyini diqqətə çatdırıb: "Dövlət başçısının tapşırığına uyğun olaraq dövlətə məxsus şirkətlərdə vakant iş yerləri yaradılmaqdadır. Müsbət haldır ki, ayrı-ayrı özəl şirkətlər də artıq bu prosesə qoşulublar. Yaradılan iş yerlərinə işçilərin qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğuluq orqanları tərəfindən həyata keçiriləcək. Digər tərəfdən, biz artıq respublikada cari il üçün Əmək yarmarkalarının keçirilməsinə başlamışıq. Bütün şəhər və rayonlarda, o cümlədən Kürdəmir rayonunda bu tədbirlər keçiriləcək. Ödənişli ictimai işlər təşkil olunacaq, işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnmələri üçün zəruri addımlar atılacaq. Yəni işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün bütün mümkün tədbirlər görüləcək".

S.Müslümov sosial müdafiə tədbirlərinin Kürdəmir rayonunu da əhatə etdiyini, rayonda sosial cəhətdən həssas qruplardan olan şəxslərin də sosial təminatının daim gücləndirildiyini, müvafiq təbəqələrdən olan rayon sakinlərinin pensiya, sosial müavinət və təqaüdlərlə, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edildiklərini bildirib. Nazir həmçinin rayonda müharibə əlilləri və şəhid ailələri üçün hazırda 8 fərdi yaşayış evinin tikilməkdə olduğunu, müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edildiklərini, bu sosial müdafiə tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini qeyd edib.

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionların inkişafına diqqət və qayğısı nəticəsində Kürdəmir rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, yeni müəssisələrin və iş yerlərinin açıldığını vurğulayıb. C.Cəfərov 2015-ci ildə Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs edərək, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən müəyyən edilən vəzifələrin Kürdəmir rayonunda da uğurla icra ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və səmərəli məşğulluğunun təminatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs olunub. S.Müslümov Kürdəmir rayon sakinlərinin fikir və təkliflərini dinləyib, onların əmək, məşğulluq və sosial müdafiə sahəsi, bu sahələrdə aparılan islahatlarla bağlı suallarını cavablandırıb. Bir sıra sakinlərin müraciətləri ilə bağlı onlara izahatlar verilib.

Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən, xüsusən son vaxtlarda bu məqsədlə növbəti Fərman və Sərəncamların imzalanmasından, aztəminatlı ailələrə dövlət qayğısının artırılmasından, yeni iş yerlərinin yaradılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Rayon sakinləri sosial müdafiə sahəsinə yüksək diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Loading Bars
Xəbər lenti
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
Bütün xəbərlər