...

Rauf Mirqədirovun məhkəməsinin vaxtı məlum oldu

Cəmiyyət Materials 12 Fevral 2016 15:28 (UTC +04:00)
Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin vaxtı müəyyən edilib.
Rauf Mirqədirovun məhkəməsinin vaxtı məlum oldu

Bakı. Samir Əli - Trend:

Həbsdə olan jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin vaxtı müəyyən edilib. Bu barədə Trend-ə vəkil Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində fevralın 18-də hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bətaət istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti