...

Daha iki qurumda Apellyasiya Şurası yaradılıb

Cəmiyyət Materials 12 Fevral 2016 18:35 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Daha iki qurumda Apellyasiya Şurası yaradılıb

Bakı. Trend:

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli, 762 nömrəli fərmanına uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sədr, nazirliyin şöbə müdirləri Fərrux Vəzirov, Eldar Bağırov, Fikrət Axundov, Vəli Fətəliyev, İsmayıl Kərimov və Bəxtiyar Əsədov isə üzvlər təyin ediliblər.

Apellyasiya Şurasının Katibliyinə nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov rəhbərlik edəcək. Katibliyin tərkibinə nazirliyin sektor müdirləri Ceyhun Ömərli, Xasay Əmirov, Ramin Şahbazov, baş məsləhətçilər Akif Məmmədov, Şəfəq Kərimova və böyük məsləhətçi Rövşən Əhmədov daxil ediliblər.

Apellyasiya Şurası Bakı şəhəri, Mətbuat prospekti, 40 ünvanında - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

Bundan başqa, Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli fərmanının icrasını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.

Komitənin sədr müavini Dövlətxan Dövlətxanovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə Komitənin müvafiq şöbələrinin əməkdaşları daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti