...

FHN-in Apellyasiya Şurasının ilk iclası keçirilib

Cəmiyyət Materials 15 Fevral 2016 17:30 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib.
FHN-in Apellyasiya Şurasının ilk iclası keçirilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Apellyasiya Şurasının ilk iclası keçirilib.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində yaradılmış Apellyasiya Şurasının fevralın 15-də ilk iclası keçirilib.

İclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti