...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradıldı

Cəmiyyət Materials 16 Fevral 2016 14:53 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradıldı

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmrə əsasən, Apellyasiya Şurasının Əsasnaməsi təsdiq edilib və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının Katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti