...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyəti rəhbərləri və üzvlərinin görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2016 14:15 (UTC +04:00)
Bu gün fevralın 18-də Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətlərinin rəhbərlərinin və nümayəndələrinin görüşü keçirilib.
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyəti rəhbərləri və üzvlərinin görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün fevralın 18-də Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətlərinin rəhbərlərinin və üzvlərinin görüşü keçirilib.

Görüşdə iştirak etmiş Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov nümayəndə heyətlərinin üzvlərini salamlayaraq onlara yarışlarda uğurlar arzulayıb və ölkələrin yoxlamasını həyata keçirib.

A.Həsənov salamlama nitqində qeyd edib ki, bu, Bakıda idman gimnastikası üzrə ilk iri yarışdır, belə ki, bunadək bədii gimnastika üzrə iri yarışlar keçirilib.

Həmçinin, görüş zamanı FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Nelli Kim və FIG-nin Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin üzvü Holqer Albrext çıxış ediblər. Onlar yarışlara hazırlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

N.Kim qeyd edib ki, növbəti ildən idman gimnastikası üzrə Dünya Kubokunun növbəti mərhələləri Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq və Bakı onların keçirilmə yerlərindən biri ola bilər, belə ki, burada bütün şərait və obyektlər olimpiya standartlarına uyğun gəlir.


Trend görüşdən fotosessiyanı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti