...

Azərbaycanlı gimnast idman gimnastikası üzrə Dünya Kubokunda finala çıxıb (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2016 13:53 (UTC +04:00)
Azərbaycanlı gimnast Oleq Stepko Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda dayaqla tullanmada finala çıxıb.
Azərbaycanlı gimnast idman gimnastikası üzrə Dünya Kubokunda finala çıxıb (FOTO)

Bakı. Trend:

Azərbaycanlı gimnast Oleq Stepko Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda dayaqla tullanmada finala çıxıb.

O, təsnifatda iki cəhddən sonra 14,325 bal toplayaraq kanadalı idmançı Skott Morqanla 3-4-cü yerləri bölüşüb.

Təsnifatda 14,850 bal toplamlş yaponiyalı Kenzo Şirai birinci olub.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti