...

Azərbaycanlı gimnast Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2016 16:53 (UTC +04:00)
Azərbaycanlı gimnast Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günündə sərbəst hərəkətlərdə finala çıxıb.
Azərbaycanlı gimnast Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanlı gimnast Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günündə sərbəst hərəkətlərdə finala çıxıb.

O, təsnifatın yekunları üzrə 12,550 bal toplayaraq yeddinci yeri tutub və bu da idmançımıza finala çıxmağa kifayət edib.

Daha bir azərbaycanlı idmançı Yuliya İnşina isə finalda üçüncü ehtiyat gimnast oldu.

Ən yaxşı nəticəni (13.800 bal) braziliyalı Flavia Lopes Sarayva göstərib.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 19-21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilir, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti