...

Oleq Stepko azarkeşləri Dünya Kuboku yarışlarının finalında azərbaycanlı idmançıları dəstəkləməyə çağırıb

Cəmiyyət Materials 20 Fevral 2016 18:04 (UTC +04:00)
Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun final yarışlarına çıxmış azərbaycanlı gimnast Oleq Stepko Trend-ə çıxışı barədə təəssüratlarını bölüşüb.
Oleq Stepko azarkeşləri Dünya Kuboku yarışlarının finalında azərbaycanlı idmançıları dəstəkləməyə çağırıb

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun final yarışlarına çıxmış azərbaycanlı gimnast Oleq Stepko Trend-ə çıxışı barədə təəssüratlarını bölüşüb.

Çıxışını çox yaxşı qiymətləndirməyən gimnast bildirib ki, gimnastika atında və sərbəst hərəkətlərdə çıxşından narazıdır: "Cəmi dörd finala çıxdım, hərçənd bütün altı finalda ola bilərdik. Bəli, qollarda birinci nəticə göstərdim, lakin tam kombinasiyanı etmədim. Bu, təsnifatda birinci mərhələni tutmağa kifayət etdi, ancaq gələcək yarışlar üçün bu azdır, bütün proqramı icra etmək lazımdır".

Gimnast azarkeşləri Dünya Kuboku yarışlarının finalında azərbaycanlı idmançıları dəstəkləməyə çağırıb: "Əvvəlcədən heç nəyi planlaşdırmaq və proqnozlaşdırmaq istəmirəm. Sabah gəlin və azarkeşlik edin".

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 19-21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti