...

Yaponiyalı gimnast Dünya Kubokunda gimnastika atında hərəkətlərdə qızıl medal qazanıb

Cəmiyyət Materials 21 Fevral 2016 13:39 (UTC +04:00)
Yaponiyalı gimnast Tomomasa Xaseqava Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika atında hərəkətlərdə qızıl medal qazanıb.
Yaponiyalı gimnast Dünya Kubokunda gimnastika atında hərəkətlərdə qızıl medal qazanıb

Bakı. Maksim Tsurkov - Trend:

Yaponiyalı gimnast Tomomasa Xaseqava Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika atında hərəkətlərdə qızıl medal qazanıb.

Onun finalda nəticəsi 15.400 bal olub. İkinci və üçüncü yeri müvafiq olaraq belçikalı Maksim Gentjes (14.700 bal) və iranlı Səid Rza Keyxi (14.450 bal) tutub.

Qeyd edək ki, gimnastların hər bir çıxışı iştirakçının milli musiqisinin fonu ilə müşayiət olunur ki, bu da çıxışlara xüsusi kolorit verir.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti