...

Azərbaycan gimnastı Bakıda Dünya Kubokunda halqalarda hərəkətlərdə bürünc medal qazanıb

Cəmiyyət Materials 21 Fevral 2016 14:12 (UTC +04:00)
Azərbaycan gimnastı Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda hərəkətlərdə bürünc medal qazanıb.
Azərbaycan gimnastı Bakıda Dünya Kubokunda halqalarda hərəkətlərdə bürünc medal qazanıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastı Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda hərəkətlərdə bürünc medal qazanıb.

O, finalda 14.700 bal toplayıb.

Gimnastikanın bu növündə qızıl medalı türkiyəli İbrahim Çolak qazanıb, gümüş medalı isə yaponiyalı Kadzuma Kayi əldə edib.

Qeyd edək ki, gimnastların hər bir çıxışı iştirakçının milli musiqisinin fonu ilə müşayiət olunur ki, bu da çıxışlara xüsusi kolorit verir.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti