...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda ilk qaliblərin mükafatlandırma mərasimi keçirilib (Fotoreportaj)

Cəmiyyət Materials 21 Fevral 2016 15:31
Bu gün fevralın 21-də Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında halqalarda, gimnastika atında və sərbəst hərəkətlərdə, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda ilk qaliblərin mükafatlandırma mərasimi keçirilib  (Fotoreportaj)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün fevralın 21-də Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında halqalarda, gimnastika atında və sərbəst hərəkətlərdə, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin üzvü, Yaponiya Gimnastika Assosiasiyasının baş katibi Morinare Vatanabe, bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva, yarış zalının direktoru, beynəlxalq dərəcəli hakim Rza Əliyev, yarışların direktoru, bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova iştirak ediblər.

Mükafatlandırma mərasimindən sonra Altay Həsənov qeyd edib ki, yarışların birinci gününün çətin keçməsinə baxmayaraq, artıq finalda Azərbaycan gimnastı Oleq Stepko düz çıxış etdi və bürünc medal qazandı: "Ümid edirəm ki, axşam sessiyası daha uğurlu keçəcək və biz yeni qələbələrin şahidi olacağıq".

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti vurğulayıb ki, Oleq Stepko qollar üzərində hərəkətlərdə qızıl uğrunda mübarizə apara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti