...

İranlı gimnast: Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda medal qazandığıma görə çox xoşbəxtəm

Cəmiyyət Materials 21 Fevral 2016 15:40 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda medal qazandığıma görə çox xoşbəxtəm.
İranlı gimnast: Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda medal qazandığıma görə çox xoşbəxtəm

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda medal qazandığıma görə çox xoşbəxtəm. Bunu Trend-ə iranlı gimnast Səid Rza Keyxa deyib.

O bildirib: "Çox məşq edirdim və yarışlarda nəyə qadir olduğumu göstərərək medal qazandım".

Bakını çox bəyəndiyini deyən idmançı qeyd edib ki, burada yaxşı məşq və yarış zalları var: "Tədbir yüksək səviyyədə təşkil edilib, azarkeşlər bütün gimnastları fəal dəstəkləyirlər".

İranlı gimnast idmançılar üçün yaradılmış şəraitə görə təşkilatlaçılara və yarışa məsul şəxslərə də təşəkkürünü bildirib.

Qeyd edək ki, İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti