...

Azərbaycan gimnastı Bakıda Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl qazandı (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2016 17:32 (UTC +04:00)
Azərbaycan gimnastı Oleq Stepko Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl medal qazanıb.
Azərbaycan gimnastı Bakıda Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl qazandı (FOTO)

Bakı. Trend:

Azərbaycan gimnastı Oleq Stepko Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl medal qazanıb.

Finalda idmançımız 15.550 xal toplayıb.

Gümüş medalı aktivində 15.350 xalla türkiyəli idmançı Fərhat Arican, bürünc medalı isə 15.250 xalla Yaponiyanın təmsilçisi Kadzuma Kay qazanıb.

Qeyd edək ki, İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti