Bakı. Trend:
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Qeyd edək ki, azərbaycanlı gimnast Oleq Stepko Dünya Kuboku çərçivəsində müxtəlif hərəkətlərdə qızıl, gümüş və bürünc medal qazanıb.
Azərbaycan gimnastına mükafatı Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.
Digər Azərbaycan gimnastı Marina Nekrasova isə bürünc medal əldə edib.