...

DSX: Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 1 Mart 2016 15:21 (UTC +04:00)
Fevralın 25-də 21:45 radələrində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.
DSX: Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb  (FOTO)

Bakı. Trend:

Fevralın 25-də 21:45 radələrində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Trend Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən məlumat verir.

İrandan Azərbaycan istiqamətində hərəkət edən iki nəfər sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar.

Sərhəd pozucularının hərəkət marşurutuna baxış keçirilərkən ərazidə külli miqdarda narkotik maddə olan 4 kq 400 qram koks və 2 kq tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti