...

3 qram heroinə görə 7 il cəza

Cəmiyyət Materials 4 Mart 2016 13:06 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1968- ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
3 qram heroinə görə 7 il cəza

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1968-ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Ağalarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

R.Ağalarov 3 qram heroinle saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234 (qanunsuz narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti