...

Bakıda batut gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyəti rəhbərləri və üzvlərinin görüşü olub (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 18:25 (UTC +04:00)
Bu gün fevralın 4-də Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün gəlmiş nümayəndə heyəti rəhbərləri və üzvlərinin görüşü keçirilib.
Bakıda batut gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyəti rəhbərləri və üzvlərinin görüşü olub (FOTO)

Bakı. Trend:

Bu gün fevralın 4-də Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün gəlmiş nümayəndə heyəti rəhbərləri və üzvlərinin görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə iştirak edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov nümayəndə heyətlərinin üzvlərini salamlayaraq onlara yarışlarda uğurlar arzulayıb və iştirakçı ölkələrin adlarını səsləndirib.

A.Həsənov salamlama nitqində qeyd edib ki, bu, Bakıda batut gimnastikası üzrə ilk böyük yarışdır. Buna baxmayaraq, nümayəndə heyətlərinin bəzi üzvləri Milli Gimnastika Arenası ilə yaxşı tanışdır, çünki I Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda iştirak ediblər.

Həmçinin görüşdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruş çıxış edərək yarışlara yüksək hazırlıq səviyyəsini vurğulayıb.

Trend görüşdən fotoreportajı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti