...

Orta məktəb direktorları və müavinlərinin fəaliyyəti stimullaşdırılacaq

Cəmiyyət Materials 9 Mart 2016 09:55 (UTC +04:00)
Azərbaycanda ümumtəhsil məktəbləri rəhbərlərinin fəaliyyəti işin həcmindən və keyfiyyət göstəricisindən asılı olaraq, stimullaşdırılacaq.
Orta məktəb direktorları və müavinlərinin fəaliyyəti stimullaşdırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ümumtəhsil məktəbləri rəhbərlərinin fəaliyyəti işin həcmindən və keyfiyyət göstəricisindən asılı olaraq, stimullaşdırılacaq.

Trend-in "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat"a istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin təklifləri əsasında "Dövlət ümumi təhsil müəssisələrinin direktorunun, direktorun tədris (təlim-tərbiyə) işi, lisey (gimnaziya) və digər profil üzrə müavinlərin aylıq vəzifə maaşlarına əlavələrin və birdəfəlik mükafatın müəyyən edilməsi haqqında" qərar layihəsi hazırlanıb.

Layihənin hazırlanmasında əsas məqsədlərdən biri ümumi təhsilin keyfiyyətinin yüksəldilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti