...

Ötən il 57 xarici vətəndaş narkotik alverinə görə məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 14 Mart 2016 17:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

2015-ci ildə Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsində 57 nəfər xarici ölkə vətəndaşı təqsirləndirilərək məsuliyyətə cəlb olunub.

Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın İşçi Qrupu tərəfindən hazırlanan "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi"ndə deyilir.

Məsuliyyətə cəlb edilən həmin şəxslərdən 65 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran İslam Respublikası, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya Fedarasiyası, 1 nəfəri isə Türkmənistan vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti