...

Rusiyanın regionlarında Novruz bayramına həsr olunan tədbirlər keçirilir (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 14:30 (UTC +04:00)
Rusiya Federasiyasının regionlarında Novruz bayramına həsr olunan silsilə tədbirlər keçirilir.
Rusiyanın regionlarında Novruz bayramına həsr olunan tədbirlər keçirilir (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyasının regionlarında Novruz bayramına həsr olunan silsilə tədbirlər keçirilir.

Diasporla İş üzrə Dövlət komitəsindən Trend-ə verilən məlumata görə, martın 13-də Rusiya Federasiyasının Stavropol viyalətinin Pyatiqorsk şəhərində Novruza bayramına həsr olunan tədbir keçirilib.

"Araz Azərbaycan Cəmiyyəti"nin Stavropol regional bölməsinin rəhbərlik etdiiyi tədbirdə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri də iştirak edib.

Tədbirdə çıxış edən "Araz Azərbaycan Cəmiyyəti"nin sədri Qurban Əsədov və digərləri Novruz adət-ənənələrindən, bayramın tarixindən bəhs edərək, milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi istiqamətində daha da artıq işlərin aparılmasının zəruri olduğunu bildiriblər.

Tədbir çərçivəsində "Novruz" ritm qrupunun ifası səsləndirilib, Pyatiqorsk şəhərinin gənc sakini, Azərbaycan diasporunun gənc nümayəndəsi Timura Cəfərlinin skripkada ifasında kompozisiya təqdim olunub.

Martın 16-da isə Ümumrusiya Azərbaycan Konqresi Tula vilayətində Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirə Tula vilayətinin milli və ictimai təşkilatların nümayəndələri, Tula vilayəti Administrasiyasının nümayəndələri,tələbələr və valideynlər də daxil olmaqla 300-dən çox adam qatılıb.

Tədbiri giriş sözü ilə açan Rusiya Xalqları Assambleyasının Resurs Mərkəzinin direktoru Svetlana Komissarova müxtəlif xalqların adət-ənənələrinin, bayramlarının keçirilməsinin millətlər arası münasibətlərin möhkəmlənməsinə və inkişaf etməsinə real töhfə olduğunu bildirib.

Ümumrusiya Azərbaycan Konqresinin Tula reqional bölməsinin sədri Tofiq Musayev isə bildirib ki, bu cür bayramlar xalqların birliyinə və qarşılıqlı anlaşmasına, eyni zamanda, tələbələrdə vətəndaşlıq və vətənpərvərlik hissinin oyanmasına xidmət edir.

Tədbirin sonunda iştirakçılara və gecənin təşkilatçılarına fəxri fərmanlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti