...

Meksikada Novruz şənliyi (FOTO)

Cəmiyyət Materials 21 Mart 2016 10:53 (UTC +04:00)
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Novruz bayramı tədbiri keçirilib.
Meksikada Novruz şənliyi (FOTO)

Bakı. Trend:

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Novruz bayramı tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Meksikada yaşayan azərbaycanlı icmasının üzvləri - tanınmış elm və mədəniyyət xadimləri, Meksika XİN, Meksika Senatı, habelə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili xanım Mehriban Səmədova iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verib, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırıb, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.

Tədbirdə Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilib və bayram tonqalı yandırılıb.

Həmçinin Səfirlikdə ölkəmizin Novruz bayram ənənələrini əks etdirən müxtəlif kitab, jurnal, suvenir və bayram xonçaları sərgilənib və tədbir iştirakçılarına hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti