...

Azərbaycan aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Cəmiyyət Materials 22 Mart 2016 13:49 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Hava Limanında, eləcə də ölkənin regionlarındakı aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib.
Azərbaycan aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. Tend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Hava Limanında, eləcə də ölkənin regionlarındakı aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənski qeyd edib ki, bu gün Brüssel aeroportunda baş vermiş terror aktı ilə əlaqədar olaraq, AZAL rəhbərliyinin tapşırığı ilə müvafiq tədbirlər görülüb.

Onun sözlərinə görə, ölkə aeroportlarının bütün təhlükəsizlik xidmətləri işçiləri aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə əlaqədar təlimat alıblar.

Qeyd edək ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlamadan keçir və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti