...

Bayraq Meydanı İdarəsinin sabiq rəisi DTX-dən köçürülmək istəmir

Cəmiyyət Materials 28 Mart 2016 17:03 (UTC +04:00)
Ləğv edilmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan keçmiş rəisi Rəşad Məmmədov bu gün vəkili Akif Əlizadə ilə görüşüb.
Bayraq Meydanı İdarəsinin sabiq rəisi DTX-dən köçürülmək istəmir

Bakı. Samir Əli - Trend:

Ləğv edilmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan keçmiş rəisi Rəşad Məmmədov bu gün vəkili Akif Əlizadə ilə görüşüb. Bu barədə Trend-ə açıqlamasında A.Əlizadə bildirib.

Vəkil deyib ki, görüş zamanı o, R.Məmmədovun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan R.Məmmədovun səhhəti və saxlanma şəraitindən narazılığı yoxdur.

Vəkil bildirib ki, müvəkkili Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyyə Nazirliyinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə müraciət etmək fikrində deyil: "Hələlik istintaqın yekunlaşmasını gözləyirik, buna görə də Rəşad Məmmədov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə müraciət etməyib. Ola bilsin ki, Rəşad Məmmədov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb məhkəməyə göndəriləndən sonra onun köçürülməsi barədə müraciət etdik. Rəşad hələ də özünü günahsız sayır".

Qeyd edək ki, R.Məmmədov ötən il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti