...

Azərbaycan xalqı Milli Ordumuzun uğurlarını qeyd edir (ƏLAVƏ OLUNUB) (FOTO 1)

Cəmiyyət Materials 6 Aprel 2016 11:10 (UTC +04:00)
Bakı şəhəri Səbail rayonu 6 nömrəli məktəb-liseyin müəllim və şagirdləri Milli Ordumuzun təmas xəttindəki son uğurlarını, qəlbəsini qeyd ediblər.
Azərbaycan xalqı Milli Ordumuzun uğurlarını qeyd edir (ƏLAVƏ OLUNUB)  (FOTO 1)

Bakı. Trend:

Bakı şəhəri Səbail rayonu 6 nömrəli məktəb-liseyin müəllim və şagirdləri Milli Ordumuzun təmas xəttindəki son uğurlarını, qələbəsini qeyd ediblər.

Trend-in məlumatına görə, Milli Ordumuza dəstək məqsədi ilə keçirilən tədbirdə şagirdlər öz sevinclərini müxtəlif şeirlərlə ifadə ediblər.

Tədbirdə çıxış edən şagird və müəllimlər Milli Ordumuzun cəbhəyanı ərazilərdəki əldə etdikləri son uğurlardan olduqca sevindiklərini bildirərək bu nailiyyətlərə görə bütün Azərbaycan xalqını da təbrik ediblər.

Onlar qeyd ediblər ki, düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlını ürəkdən sevindirir.

Azərbaycan xalqının düşməndən qorxmadığını deyən tədbir iştirakçıları Azərbaycan Ordusunun Ermənistan Ordusundan qat-qat güclü olduğunu, Azərbaycan xalqının hər bir zaman düşmənə qarşı mübarizə aparmaq əzmində olduğunu, Azərbaycan xalqının Ali Baş Komandana inandığını, Ali Baş Komandanın isə xalqa arxalandığını nəzərə çatdırıblar.

Həmçinin, Bakıda paytaxt sakinləri Milli Ordumuza dəstək nümayiş etdirmək üçün evlərindən, ofislərindən Azərbaycanın üç rəngli dövlət bayrağını asıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti