...

Aprelin 11-dən cəbhəyanı ərazilərdə abituriyentlər üçün səyyar Sənəd Qəbulu Komissiyaları fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 8 Aprel 2016 10:34 (UTC +04:00)
Aprelin 11-dən Füzuli, Tərtər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiqini təmin etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) fəaliyyətə başlayacaq.
Aprelin 11-dən cəbhəyanı ərazilərdə abituriyentlər üçün səyyar Sənəd Qəbulu Komissiyaları fəaliyyətə başlayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Aprelin 11-dən Füzuli, Tərtər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiqini təmin etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) fəaliyyətə başlayacaq.

Komissiyadan Trend-ə verilən məlumata görə, Səyyar SQK-lar aprelin 15-dək fəaliyyət göstərəcək. Səyyar SQK-lar Füzuli rayonunda Təhsil şöbəsində, Tərtərdə Gənclər Mərkəzində, Goranboyda Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək.

Xatırladaq ki, cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti