...

AMEA-nın elmi bölmələrinin saytları istifadəyə verilib

Cəmiyyət Materials 8 Aprel 2016 10:55 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələrinin veb-saytları istifadəyə verilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, saytların təqdimat mərasimində çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda ilk veb-sayt olan science.gov.az-ın 1995-ci ildə fəaliyyətə başladığını diqqətə çatdırdı. Bu gün Azərbaycan elminin carçısı olan science.gov.az-ın böyük nüfuza malik olduğunu, ölkə elmində baş verən hadisələrin portalda operativ və dolğun şəkildə işıqlandırıldığını bildirdi. Qeyd etdi ki, elmi bölmələrin veb-saytları məhz AMEA-nın rəsmi portalı olan science.az-ın törəmələri hesab etmək olar.

Alim Akademiyada fəaliyyət göstərən veb-saytların səmərəliyini artırmaq məqsədilə müxtəlif müsabiqələrin, çoxmeyarlı qiymətləndirmələrin nəzərdə tutulduğunu da bildirdi.

İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova qeyd edib ki, elmi bölmələrin veb-saytlarının yaradılmasında əsas məqsəd elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasıdır. Veb-saytlar Xüsusi Dövlət Mühafizə Xidmətinin, o cümlədən AR Nazirlər Kabinetinin İnternet informasiya ehtiyatlarının yaradılması Qaydalarına uyğunlaşdırılmış, təhlükəsizlik tam şəkildə təmin olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti