...

“S.A.B.A” MMC-nin vəzifəli şəxsinin məhkəməsi başladı

Cəmiyyət Materials 13 Aprel 2016 10:53 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A” MMC şirkətinin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“S.A.B.A” MMC-nin vəzifəli şəxsinin məhkəməsi başladı

Bakı. Samir Əli -Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "S.A.B.A" MMC şirkətinin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, "S.A.B.A" MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra "S.A.B.A şirkəti" MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, "S.A.B.A. şirkəti" MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət "Millennium" ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti