...

AEBA: Azərbaycanın qurumları əməkdaşlıq layihələri ilə AEBA-ya müraciət etməlidirlər (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2016 10:37 (UTC +04:00)
Azərbaycanın müxtəlif qurumları may ayının sonuna kimi əməkdaşlığa dair layihələr hazırlamalı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) müraciət etməlidirlər.
AEBA: Azərbaycanın qurumları əməkdaşlıq layihələri ilə AEBA-ya müraciət etməlidirlər (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın müxtəlif qurumları may ayının sonuna kimi əməkdaşlığa dair layihələr hazırlamalı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) müraciət etməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə verilən məlumata görə, bunu AMEA Rəyasət Heyətində AMEA prezidenti Akif Əlizadə ilə keçirdiyi görüşündə AEBA-nın baş direktorunun müavini Dazhu Yanq deyib.

D.Yanq təmsil etdiyi qurumun həyata keçirdiyi müştərək layihə proqramlarından söz açaraq qeyd edib ki, bu kimi layihələr qurumun digər üzv ölkələrilə birlikdə tədqiqat layihələrinin hazırlanmasını nəzərdə tutur. Qonaq AMEA alimlərini də müştərək layihələrdə iştirak etməyə dəvət edib.

D.Yanq səfər çərçivəsində Azərbaycan hökumətinin bir çox səlahiyyətli nümayəndələri ilə görüşərək aktual məsələlərə dair müzakirələrin aparıldığını deyib. Eyni zamanda, "İzotop" xüsusi kombinatı, Nüvə radiaktiv tullantıları kombinatını ziyarət edərək orada görülən işlərlə tanış olub.

Qonaq səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi sahələrində nüvə texnologiyalarının tətbiqi barədə də məlumat verib.

O, təmsil etdiyi qurumun xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb.

AEBA ilə AMEA-nı bir araya gətirən əsas səbəb 2018-2019-cu illər üçün nəzərdə tutulan texniki sahədə əməkdaşlıqdır.

AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanın 2001-ci ildən AEBA ilə əməkdaşlıq etdiyini bildirib.

A.Əlizadə qeyd edib ki, görüşün əsas məqsədi Akademiya ilə AEBA arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti