...

Novella Cəfəroğlu: Ermənistandan Azərbaycana qaçan erməni ailəsi artıq üçüncü ölkədədir

Cəmiyyət Materials 22 Aprel 2016 12:38 (UTC +04:00)
2015-ci ilin sentyabr ayında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandakı təzyiqlərə tab gətirməyib Azərbaycana qaçan, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan üçüncü ölkəyə göndərilib.
Novella Cəfəroğlu: Ermənistandan Azərbaycana qaçan erməni ailəsi artıq üçüncü ölkədədir

Bakı. Samir Əli - Trend:

2015-ci ilin sentyabr ayında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandakı təzyiqlərə tab gətirməyib Azərbaycana qaçan, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan üçüncü ölkəyə göndərilib.

Bu barədə Trend-ə açıqlama verən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, erməni ailəsi artıq üçüncü ölkədədir: "Ailə Ermənistandan qaçıb Azərbaycana pənah gətirmişdi. Biz o ailəni qəbul etmişdik. Ailənin istəyi ilə üçüncü ölkəyə təhvil verdik. Artıq onlar üçüncü ölkədədirlər".

Qeyd edək ki, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri V.Martirosyan Azərbaycandan siyasi sığınacaq istəmişdi. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti