...

Bakıda yeni Yanğından mühafizə bölmələrinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 5 May 2016 15:28 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhərinin Binəqədi, Sabunçu və Nizami rayonları Dövlət Yanğından Mühafizə hissələrinin yeni Yanğından mühafizə bölmələrinin açılışı olub.
Bakıda yeni Yanğından mühafizə bölmələrinin açılışı olub (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində mayın 5-də Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhərinin Binəqədi, Sabunçu və Nizami rayonları Dövlət Yanğından Mühafizə hissələrinin yeni Yanğından mühafizə bölmələrinin açılışı olub.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 nömrəli Yanğından mühafizə bölməsinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

38 nəfər şəxsi heyətin çalışacağı və Mehdiabad, Binəqədi qəsəbələri, Balaxanı və Novxanı istiqamətlərində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulan bu Yanğından mühafizə bölməsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Həmin gün E.Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 22 nömrəli Yanğından mühafizə bölməsinin açılışını da edib. 38 nəfər şəxsi heyəti olan bölmə Pirşağı, Kürdəxanı, Fatmayi qəsəbələrindəki yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub. Yanğından mühafizə bölməsi ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Mayın 5-də, həmçinin FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 20 nömrəli Yanğından mühafizə bölməsinin də açılışı olub. 38 nəfər şəxsi heyəti olan bölmə Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub.

Bölmələrin hamısının ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti