Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Cəmiyyət Xəbər 10 May 2016 13:23 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib.

Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti