...

Müdafiə naziri cəbhəboyu zonadakı hərbi şəhərcikdə inşa işlərinin gedişatını yoxlayıb (FOTO)

Cəmiyyət Materials 11 May 2016 17:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri cəbhəboyu zonada yeni tikilən hərbi şəhərcikdəki inşa işlərinin gedişatını yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

Qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan nazir müvafiq tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti