...

İordaniya səfiri Bilik Fondunda oldu (FOTO)

Cəmiyyət Materials 16 May 2016 16:55 (UTC +04:00)
İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
İordaniya səfiri Bilik Fondunda oldu (FOTO)

Bakı. Trend:

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, qonağı salamlayan icraçı direktor Oktay Səmədov Fondun strukturu, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanla İordaniya arasında 1993-cü ildən başlayan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyən O.Səmədov ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

İcraçı direktor "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi"nin olduğunu xatırladaraq, maarifləndirmə sahəsində Bilik Fondu ilə səfirlik arasında ikitərəfli Fəaliyyət Planının imzalanmasının işbirliyinə töhfə verə biləcəyini deyib.

Səmimi dəvətə görə təşəkkürünü bildirən səfir Nassar İbrahim Məhəmməd əl-Habaşneh ölkəmizdə elmə, biliyə verilən önəmi yüksək dəyərləndirib, ölkəmizdə hökm sürən multikultural mühitdən və tolerantlıq ənənələrindən məmnum qaldığını dilə gətirib. Azərbaycanın unikal multikultural təcrübəsinin bütün dünyada örnək ola biləcəyini deyən cənab səfir Fondun həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsinə İordaniya məktəblilərinin də cəlb olunmasını, mədəni və elmi əlaqələrimizin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsini arzuladığını dilə gətirib.

Gələcək görüşlərdə Fəaliyyət Planının detallarının müzakirə olunacağı qərara alınıb. Sonda səfir Bilik Fondunun xatirə kitabına öz ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti