...

Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar iş aparılır

Cəmiyyət Materials 17 May 2016 17:53 (UTC +04:00)
Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçidlə əlaqədar dərs vəsaitlərinin, proqramlarının hazırlanması üzərində iş aparır.
Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar iş aparılır

Bakı. Hüseyn Vəliyev - Trend:

Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçidlə əlaqədar dərs vəsaitlərinin, proqramlarının hazırlanması üzərində iş aparır. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov ADA Universitetində Ümumdünya İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, bu işlər çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində dərslərin keçirilməsi məsələləri müzakirə olunacaq, bundan sonra həmin sistemə keçid barədə qərar qəbul ediləcək.

F.Qurbanov qeyd edib ki, bununla yanaşı, Təhsil Nazirliyi şagirdlərin məktəbdənkənar vaxtda informatika sahəsində biliklər qazana bilməsi üçün informatika sahəsinə xüsusi diqqət ayrılması üzərində iş aparır. Bununla əlaqədar olimpiadalar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti