...

Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verilib (FOTO)

Cəmiyyət Materials 18 May 2016 17:31 (UTC +04:00)
Mayın 18-də Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.
Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verilib (FOTO)

Bakı. Trend:

Mayın 18-də Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.

Trend Xidmətin saytına istinadən məlumat verir ki, tədbir çərçivəsində Penitensiar Xidmət və Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər.

Tədbirin sonunda ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlara həbsxana ərazisində yaradılmış müasir standartlara cavab verən meydançada arzu etdikləri vaxt ərzində voleybol oynamaq imkanı yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti