...

Azərbaycan, Gürcustan və ABŞ alimləri Qafqazda geoloji təhlükələri öyrənir

Cəmiyyət Materials 20 May 2016 14:16 (UTC +04:00)
Azərbaycan, Gürcustan və ABŞ alimləri Qafqaz ərazisində geoloji təhlükələri, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyi tədqiq edir.
Azərbaycan, Gürcustan və ABŞ alimləri Qafqazda geoloji təhlükələri öyrənir

Bakı. Trend:

Azərbaycan, Gürcustan və ABŞ alimləri Qafqaz ərazisində geoloji təhlükələri, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyi tədqiq edir.

Bu barədə Trend-ə AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, "Qafqaz regionunun aktiv geodinamikası" adlı layihə çərçivəsində təşkil olunmuş işlər ABŞ-ın Milli Elmlər Akademiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirovdur.

İki illik layihə bu ilin sonunda başa çatır. Hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti