...

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb

Cəmiyyət Materials 27 May 2016 15:53 (UTC +04:00)
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb

Bakı. Trend:

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən gün ərzində Kiçik Qafqaz ərazisindən axan əksər çaylarda sululuğun azalması müşahidə olunub, respublikanın digər çaylarında isə əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət - mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 32 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 470 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 158 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət - mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 5, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surra məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2015-ci il mayın 27-də 348 sm), Salyanda 175 sm (2015-ci il mayın 27-də 197 sm), Bankədə 179 sm (2015-ci il mayın 27-də 190 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2015-ci il mayın 27-də 113 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti