...

Dövlət Bayraq Meydanının həbsdə olan rəisinin məhkəməsində ifadələr dinlənilib

Cəmiyyət Materials 7 İyun 2016 16:41 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dövlət Bayraq Meydanının həbsdə olan rəisinin məhkəməsində ifadələr dinlənilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs İ.İsfəndiyarov bildirib ki, o, Zabil Salmanova qeyri-yaşayış sahəsi üçün 4,7 milyon pul verib və sənədləşmə prosesində iştirak edib.

Təqsirləndirilən şəxs Arzu Məmmədov isə ifadəsində özünü təqsirli bilməyib. O, İ.İsfəndiyarovun dayısı oğlu olduğunu deyib: "Mənə dedi ki, belə bir yer var, sənin adına rəsmiləşdirək, başqasına etibar etmirəm".

Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən ilin mayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Bu il martın 4-də Səbail rayon məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti