...

Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 15 İyun 2016 11:23
Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. BANM-dən Trend-ə verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan Ali Məktəbin rektoru Elmar Qasımov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu olduğunu qeyd edib. Rektor bildirib ki, bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir.

E.Qasımov ölkədə ictimai-siyasi sabitliyə məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu vurğulayıb. Ulu öndərin bu müdrik addımı ölkədə sosial-iqtisadi və siyasi inkişafın əldə olunmasında, dövlətimizin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısını almasında böyük rol oynayıb. Rektor həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən E.Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin ideyalarını uğurlu davamçısı olduğunu bildirib.

Sonda E.Qasımov 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti