Bakı. Anaxanım Hidayətova - Trend:
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
Bunu Trend-ə Bakıya həyat yoldaşı ilə birlikdə "Formula 1" yarışlarını izləməyə gəlmiş çexiyalı turist Anton Kropski deyib.
Onun sözlərinə görə, Bakı regionun ən gözəl şəhəridir.
Turist qeyd edib ki, Bakıda yarışlar ən yüksək səviyyədə təşkil olunub: "Bundan sonra tusirtlər Azərbaycana daha çox gəlməyə başlayacaqlar".
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.