Bakı. Trend:
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların “Səfəvilər” mövzusunda olan mübarizələrini izləyiblər. Hər üçü Qafqaz Universitetinin tələbələri olan zəkalar müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Səhərnaz Hacımirzəyeva, sarı yolda Asəf Əsədli, yaşıl yolda Cavid Rzayev mübarizə aparıb. Bu qarşılaşmanın qalibi Cavid Rzayev olub.
Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran kartlar təqdim olunur. İntellekt Şousunun III mövsümündə hazırda bakalavr təhsilini davam edən I, II, III kurs tələbələri müraciət edə bilər.